Sosial şəbəkələrdə soyğunçuluqda ittiham edilən qadının foto portreti yayılıb. Böyük Britaniyalı qadının cinayətkar olmasına baxmayaraq, sosial şəbəkələrdə onun gözəlliyi müzakirə olunur.
Şəkildə təsvir edilən qadının cinayətkar olduğunu unudan şəbəkə istifadəçiləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək onunla görüşmək istədiklərini deyiblər.
Ötən həftə avtomobilinin oğurlandığını deyən yerli sakinlərdən biri qadını belə təsvir edib: 1,70 metr hündürlüyündə ağbəniz, düz qamətli, parlaq rəngli sarı saçlı.
Şəbəkələrdə yayılan şəkilə gələn rəylər isə təhlükəsizlik əməkdaşlarını şoka salıb:
"O, istənilən vaxt mənim maşınımı qaçıra bilər. Belə gözəl qıza cəza vermək yox, yalnız sevmək olar.". "Bu Britaniya tarixində yaşamış ən cazibədar qızdır. Onun cinayətkar ola biləcəyinə inanmırıq".
"Onu tapsanız xahiş edirəm məni onunla görüşdürün. Ya da nömrəsini mənə verin". (Publika.az)