“Rossiya 24” telekanalının çəkiliş qrupu Ukrayna silahlılarının gülləbaranına məruz qalıb.
Rusiya mətbuatının məlumatına görə, insident bu gün Donetsk yaxınlığında baş verib.
Məlumata görə, jurnalistlər regionda yeni dərs ilinin başlanması münasibətilə elan edilən atəşkəsə əməl edilib-edilmədiyini müşahidə ediblər. Onlar süjet hazırlayan vaxt atəşə tutulublar. Olay nəticəsində xəsarət alan olmayıb.