SSRİ Holokosta (yəhudi soyqırımı) görə məsuliyyət daşıyır.
Bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antoni Maçereviç söyləyib.
“Əgər SSRİ tərəfindən 1939-cu il 17 sentyabr zərbəsi olmasaydı, İkinci Dünya müharibəsi başqa cür olacaqdı, Holokost baş verməyəcəkdir. Məhz Ribbentrop-Molotov paktı yəhudilərin qətlinə şərait yaratdı”, – deyə o bildirib.
Qeyd edək ki, Molotov-Ribbentrop paktı 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək haqqında on il müddətinə bağlanmış müqavilədir. Bu müqavilə sayəsində SSRİ və Almaniya qısa müddətlik olsa da, müharibədən qaçmağı bacardılar. Razılaşma ilə bərabər, tərəflər həmçinin Avropanı iki ölkə arasında nüfuz dairələrinə bölməklə gizli protokol da imzaladılar. Gizli protokolda Almaniya əvvəllər Rusiya imperiyasına daxil olmuş Finlandiya, Latviya, Estoniya və Bessarabiya üzərində SSRİ-nin maraq dairəsini tanıdı. SSRİ də Şərqi Avropanın xəritəsinin dəyişdirilməsinin iştirakçısına çevrildi. Həmin sənədlərin imzalanmasından sonra Hitler Polşaya qarşı təcavüzə başlamaq barədə qəti qərar qəbul etdi. Bu isə İkinci Dünya müharibəsinin başlanmasına gətirib çıxardı. (Axar.az)