İran prezidenti Həsən Ruhani ölkədə baş verən zəlzələ nəticəsində zərər çəkən ailələrə diqqəti artırmaq üçün Daxili İşlər Nazirliyinə göstəriş verib.
"RİA Novosti" xəbər verir ki, bu barədə İranın DİN saytında məlumat yer alıb. Eyni zamanda nazirliyin tərkibində zəlzələnin fəsadlarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, İraq-İran sərhədində baş verən 7.3 bal gücündə zəlzələ nəticəsində ölənlər və yüzlələrlə yaralananlar var.