Əgər gələn bazar günü Rusiyada prezident seçkisi keçirilsəydi, rusların 25%-i hazırkı prezident Vladimir Putinə səs verərdi.
Bu nəticə “Romir” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticələrinə əsasən, rusların Vladimir Putindən sonra ən çox güvəndiyi şəxs Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski (8%) olub. Ondan sonrakı yerlərdə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov (7%), blogger Aleksey Navalnı (3%), teleaparıcı Kseniya Sobçak (2%), Yabloko Partiyasının sədri Qriqori Yavlinski (2%) yer alıb.
Qeyd edək ki, şirkət sorğunu yalnız mart ayında baş tutacaq seçkiyə getməyəcək və Putinin tərəfdarı olmayan insanlar arasında keçirib.