Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Fələstin-İsrail münaqişəsi üzrə mövqeyi Rusiyaya məlumdur və indiki halda Moskvanın mövqeyi ilə üst-üstə düşmür. RİA “Novosti” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiyanın Qüds və Yaxın Şərq tənzimlənməsi üzrə mövqeyi çox yaxşı məlumdur”, - Peskov əlavə edib.
Bu cür mövqeyi Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi baxımından faydalı hesab edib-etməməsi barədə suala Peskov cavab verib: “Mənim əlavə edəcək sözüm yoxdur”.
Xatırladaq ki, İƏT-in fövqəladə zirvə görüşündə Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağı təklif edib.