İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ona qarşı irəli sürülən ittihamların sübuta yetirilməsi üçün hakimiyyətə 48 saat vaxt verib.
Ölkənin keçmiş başçısı əks halda danışacağını bildirib.
"Məni korrupsiya, fitnə çıxarmaq və Babək Zəncaniyə dəstək verməkdə ittiham edənlərə bunu sübut etmələri üçün 48 saat vaxt verirəm.
Əks təqdirdə danışacağam. Məhkəmə islah olarsa, ölkə də islah olacaq”, - Əhmədinejad hakimiyyətə ünvanlanan videomüraciətində bildirib.
İranın Baş prokurorluğu isə Əhmədinejada lazımı cavabın veriləcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda həbsdə olan iranlı milyarder Babək Zəncani neft gəlirlərini mənimsəməkdə ittiham edilir.(publika.az)