Konqonun paytaxtı Kinşasa şəhərində baş verən daşqınlar nəticəsində ən azı 37 nəfər həyatını itirib.
Xarici KİV xəbər verir ki, daşqınlara yanvarın 3-dən 4-nə keçən gecə yağan güclü yağışlar səbəb olub.
İctimai işlər üzrə nazir Dominika Veloli ilkin məlumatlar əsasında Nqalemdə 13, Bandalünvdə 5, Barümbüdə 1, Limetdə 4 və Selembaoda 9 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, şəhərin digər hissələrində aparılan axtarışlardan sonra həlak olanların yekun sayı məlum olacaq.
Nazir, həmçinin faciəni şəhərin urbanizasiyası və çirkab suların axıdılması üçün navalçaların çatışmazlığı problemi ilə bağlayıb.