Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib.
O, müasir siyasətdə Moskvanın dürüst oynamadığını deyib.
"Məhz buna görə 2018-ci il Qış Olimpiya oyunlarında Rusiya bayrağı yoxdur. Rusiya dünya miqyasında hibrid müharibəsi apardıqca onun bayrağı heç yerdə dalğalanmamalıdır", - Poroşenko bildirib.