Myanma prezidenti U Txin Çjo istefa verib.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.
U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb.
Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.