Suriya və İraqdakı PKK-çılar Türkiyə üzərindən Ermənistana, oradan da Ukrayna və Avropaya qaçırılır.
Bu sözləri Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib.
“Ukraynanın Avropa Birliyi ilə vizasız səyahət anlaşması var. Beləliklə, Qərb ölkələri özləri üçün yeni və böyük bir problem yaratmış oldu. Türkiyə tərəfi bu keçidləri əngəlləmək və torpaqlarından terrorçuların keçməsini dayandırmaq üçün mübarizə aparır, ancaq hamısını dayandırdığını söyləmək çətindir. Ukraynada pasport almaq çox asandır və buna görə də terrorçular Ukraynaya gedir. Əsas problem yüzlərlə terrorçunun dünyanın fərqli nöqtələrindən bu bölgəyə gəlməsidir. Avropa Birliyi Kiyevin Rusiyaya qarşı olması üçün viza rejimini aradan qaldırdı. Bu vəziyyət Avropa Birliyi daxilində yeni bir təhlükəsizlik probleminə səbəb olacaqdır”, - Gülbəy deyib.