Estoniya hökuməti 1828-ci ildə imperator I Nikolayın sərəncamı ilə inşa olunmuş qalanı hərraca çıxarmağı qərara alıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Arxitektur və tarixi baxımdan əhəmiyyətli olan qalanı alacaq şəxs ilk 6 il ərzində kompleksdə restavrasiya işləri aparmalıdır.
Qeyd edək ki, qala əvvəlcə dənizdən mümkün hücumlardan qorunmaq üçün artilleriya batareyası kimi istifadə olunub. 1867-1920-ci illərdə əsgər kazarması, 1920-2003-cü illərdə isə həbsxana funksiyasını yerinə yetirib. 2003-cü ildən etibarən aktiv istifadə olunmayıb.