İyunun 13-də 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilatçısının adı müəyyənləşəcək.
FİFA 2018 Dünya Çempionatının ev sahibi olan Rusiyanın paytaxtında konqres keçirəcək.
Koqresdə DÇ-2026-nın ev sahibinin adı məlum olacaq. Bu posta namizəd ABŞ, Meksika, Kanada üçlüsü və Mərakeşdir.
Konqresdə, həmçinin, 2022-cı ildə Qətərdə keçiriləcək Dünya Çempionatında iştirak edəcək komandaların sayı müzakirə ediləcək. Cənubi Amerika Futbol Konfederasiyası mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını təklif edib. Təklif müzakirəyə çıxarılsa da, qəbul edilməsi real görünmür Çünki komanda sayının artması DÇ-dəki oyun sayının 64-dən 80-ə qalxması deməkdir. Bu da Qətər üçün problemə çevrilə bilər.
Xatırladaq ki, builki Dünya Çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində baş tutacaq.