CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə Türkiyənin NTV telekanalında yayımlanan proqramda Milli Müdafiə Universitetinin rektoru Ərhan Afyoncunun FETÖ-çu olduğunu iddia edib.
İncənin bu iddiasının qısa zaman ərzində yalan olduğu üzə çıxıb.
“Hərbi akademiyaları bağladılar, Milli Müdafiə Universiteti qurdular, rektor təyin etdilər. O da FETÖ-çu çıxdı”, - İncə bildirib.
Bundan sonra aparıcı Afyoncunun haqqındakı iddialara cavab vermək üçün proqrama qatılmaq istədiyini ifadə edib. Bununla bağlı İncə “Doğrudur, dekan olmalıydı. Mən 4 illik universitet məzunuyam, ona görə də rektor və dekan arasındakı fərqi bilirəm” deyib.
Ancaq İncənin “FETÖ-çu” dekan iddiasının da yalan olduğu çox keçmədən anlaşılıb. Aparıcı növbəti dəfə cavab haqqından istifadə etmək üçün studiyaya telefon bağlantısı tələbi olduğunu İncəyə çatdırıb. İkinci dəfə sözləri təkzib edilən İncə gərgin və əsəbi halda hər istəyənin proqrama qoşulmamasını istəyib.