Ukrayna prezidenti Pyotr Poroşenkonun Feysbuk səhifəsində yerləşdirdiyi şəkil geniş müzakirələrə səbəb olub.
"Obozrevatel” nəşri xəbər verir ki, şəkildə Donbasda xidmət göstərən və qucağında balaca uşaq olan hərbi qulluqçu təsvir edilib.
"Bu, Rovno mexanikləşdirilmiş briqadasının əsgəri Nikolay Pilkeviçdir. Əllərdə belə xəzinəni saxlayanda, əla anlayırsan ki, Ukrayna nə üçün mübarizə aparır, niyə təslim olmur, niyə kapitulyasiya haqqında düşmənlə razılaşmır”, - prezident yazıb.