Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlayıb | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlayıb

Dünya A- A A+

“Rəsmi Moskva əgər Suriyanın gələcək rəhbərliyi bu barədə qərar qəbul etsə öz qoşunlarını bu ölkədən çıxarmağa hazırdır”.

Eurasia Diary-nin TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə telekanala verdiyi müsahibəsində deyib.

“Suriyanın ərazisində qanunsuz olan bütün digər ölkələr bu regionu tərk etməlidirlər. Bu bütün ölkələrə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin öz ölkəsinin ərazisində varlığına ehtiyac olmadığını bildirsə, bu deyilənlər Rusiyaya da aid olacaq”, - deyə V. Putin əlavə edib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...