ABŞ prezidentinin impiçmenti ilə bağlı dinləmələr başlayıb | Eurasia Diary - ednews.net

8 Dekabr,


ABŞ prezidentinin impiçmenti ilə bağlı dinləmələr başlayıb

Dünya A- A A+
ABŞ Konqresinin Nümayəndələr palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçmenti çərçivəsində ilk açıq dinləmələr başlayıb. Eurasia Diary RİA “Novosti”yə istinadən xəbər verir ki, ilk olaraq Ukraynada səfir əvəzi Bill Tailor və dövlət katibinin müavini Corc Kent ifadə verəcək. Qeyd edək ki, iqtidardakı Respublikaçılar Partiyası rəqib demokratları dəfələrlə gizli təhqiqat aparmaqda günahlandırıb. Əks tərəf isə səs çoxluğu ilə impiçmentlə bağlı xüsusi qətnamə qəbul edib. Bundan əvvəl sabiq və hazırkı rəsmi şəxslər bu məsələyə dair ifadələrini qapalı şəkildə versələr də, ifadələrin bəziləri artıq KİV-də dərc olunub, yaxud Konqresin demokrat üzvləri tərəfindən açıqlanıb. Xatırladaq ki, prezident D.Tramp barəsində impiçment prosesi onun siyasi rəqibi olan sabiq vitse-prezident Co Baydenlə bağlı araşdırma aparması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqlər barədə xəbərlərin üzə çıxmasından sonra başlamışdı. D.Tramp isə Ukrayna hökumətini korrupsiyaya qarşı tədbirlər görməyə çağırdığını bildirib.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...