Azərbaycanlıların üzünə 32 il bağlı qalan post Bu seçki nəyi dəyişəcək?

Dünya 20:48 24.02.2021

Bu il İranda prezident seçkiləri keçiriləcək.

Seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Seçkidə iştirak edəcək namizədlər müəyyən edilir. İstər islahatçı, istərsə də mühafizəkar qanadın namizədləri ola biləcək şəxslərin ya öz dilindən, ya da onların namizəd olacaqları haqqında mətbuatdan məlumatlar eşidirik. Namizəd ehtimalları içərisində azərbaycanlıların da adları qeyd olunur.

Belə ki, iyun ayının 18-də keçiriləcək seçkilərlə bağlı danışan Təbrizin millət vəkili Məsud Pezeşkiyan namizədliyini irəli sürə biləcəyini bildirib. İslahatçı qanad seçkilərdə namizədlərinin kimliyi ilə bağlı məlumat verməyib. Ancaq bir sıra mətbuat orqanları Məsud Pezeşkiyanın bu qanadın əsas namizədi kimi nəzərə alındığını yazıb.

Maraqlıdır, təbrizli millət vəkilinin prezident seçilmək imkanı varmı? Ümumiyyətlə, İranda azərbaycanlı namizəd prezident seçilə bilərmi?

“Onlar İran mərkəzli fars düşüncə sisteminə qulluq edirlər”

“Cümhuriyət”ə açıqlamasında “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İranda rejimin istəyindən kənarda kimsənin prezident seçilməsi mümkün deyil:

“Xomeyninin dövründə Seyid Əli Xamneyi İranın prezidenti olub. İndi də ölkənin Ali rəhbəridir. Amma Xamneyi Azərbaycan türkü olsa da, türklərin hüquqlarının qorunması istiqamətində heç bir iş görməyib. Yəni məsələ İranda kimin prezident seçilməsi deyil. Bütün yüksək vəzifədə olanlar İran hakimiyyətinin təmsilçisidir və İran mərkəzli fars düşüncə sisteminə qulluq edirlər. Yəni istər islahatçı olsun, istərsə də mühafizəkar, fərq etməz. Bunlar hamısı panfarsizm ideologiyasının qullarıdır. O ki qaldı, azərbaycanlıların ayrı- ayrı vəzifələrdə təmsilçiliyinə, prezident, Baş nazir, deputat, icra başçısı olmalarına, bu gələcəyin işidir. 2021-ci ilin may ayında İranda prezident seçkiləri üçün qeydiyyat başlayacaq. O qeydiyyat üçün süzgəcdən kimlər keçəcəksə, onlar namizəd olaraq səsverməyə buraxılacaqlar. Odur ki, Məsud Pezeşkiyanın və ya başqasının fikirləri sadəcə sözdür. Bu gələcəyin işi ola bilər. Çox adam prezident olmaq istəyir. Məsələn, Həsən Ruhani prezidentliyə namizədliyini irəli sürəndə də Mahmud Əhmədinejad da prezident olmaq istəmişdi. İndi də namizəd olmaq istəyir və ola bilsin gələcəkdə də istəyəcək.

Amma Mahmud Əhmədinejad o süzgəcdən buraxan kimdir? Heç kim. “Yaşıllar” hərəkatının lideri Mirhüseyn Musəvi Təbrizi vardı. O da islahatçı sayılırdı. Lakin Azərbaycan türkünün milli haqqının təmin olunması ilə bağlı heç nə demədi. İranın mövcud konstitusiyasında nə vardısa, o da eyni şeyləri dedi. Sadəcə olaraq, islahatçı Mirhüseyn Musəvi Təbrizi Xamneyidən xeyir- dua ala bilmədiyi və mühafizəkarlar tərəfindən də dəstəklənmədiyi üçün siyasi səhnədən sıxışdırıldı, ev dustağı oldu. Yəni İran rejiminin tələblərinə cavab verməyən şəxs seçilə bilməz. İranda keçirilən seçki demokratik cəmiyyətdə keçirilən seçki deyil, psevdoseçkidir. İrandakı seçkilər və təyinatlar hamısı hakimiyyətin diktəsi ilə həyata keçirilir. Bu tip ölkələrdəki seçkilər xalqın iradəsini əks etdirmir. Belə hakimiyyət forması olan dövlətlərdə xalqın əvəzinə seçirlər də, qərar da verirlər”.

“Hakimiyyət kimi istəsə, o da prezident olacaq”

Politoloq qeyd edib ki, İranda ədalətli seçkinin baş tutması üçün ölkə konstitusiyası təməlli dəyişməlidir:

“İranda İnqilab Keşikçiləri Qvardiyasının bəsicilərlə birgə sayı təxminən 20 milyona yaxındır. İran əhalisinin sayı isə 84 milyona çatıb. Ölkədə seçicilərin sayı isə 60 milyondan bir az çoxdur. Bu da o deməkdir ki, seçicilərin 30 faizi elə İnqilab Keşikçiləri Qvardiyası və bəsicilərdən ibarətdir. Yəni hakimiyyət təmsilçiləridirlər. Üstəgəl, parlament üzvlərini, hakimiyyətin digər qollarında çalışanları da bura əlavə etsək, hakimiyyətin real sosial bazası 50 faizdən çox edir. Bu da o deməkdir ki, hakimiyyət kimi istəsə, o da prezident olacaq. Yəni burada seçkilər xalqın iradəsi ilə keçirilmir. Digər tərəfdən İranda president aparıcı fiqur deyil. Bir ölkədə ki, dövlətin başında dayanan şəxs aparıcı fiqur deyil, onun uğrunda mübarizə də əbəsdir. İranda seçkilərin yalnız təbliğatı əhəmiyyəti var. Yəni mövcud şərtlər daxilində rəqiblər İrandakı vəziyyəti cəmiyyətə və dünyaya çatdıra bilərlər. Buna da necə gəldi yol verilməyəcək. Seçkiqabağı senzuralardan keçən namizədlərə təbliğat aparmağa icazə veriləcək. Təbii ki, ona hansı məsələləri səsləndirməli olduğu haqqında göstəriş veriləcək. O da bundan kənara çıxa bilməz. Xüsusən pandemiya dövründən istifadə edib sərbəst toplaşmaq azadlığını da mümkün qədər məhdudlaşdıracaqlar. Nəticə olaraq, rejimin apardığı eybəcər dəyişikliklər ona qarşı daha da ikrah yaradır. İran rejimi guya dəyişdiyi göstərməklə daha da eybəcərləşir. Bu tip eybəcərlik bəzən cəmiyyətə də sirayət edir. Yəni eybəcərliklərlə dolu idarəçilik sisteminin təsirində formalaşan xalqda da yalanlar artır. Nəticə olaraq, onu deyim ki, İranda Azərbaycan türkünün və ya digər millətin nümayəndəsinin şəffaf şəkildə seçilməsi üçün ölkə konstitusiyasında inqilabi dəyişiklik olmalıdır. Yəni ölkə konstitusiyası kökündən dəyişməlidir. İrandakı rejim isə hələlik bunda maraqlı görünmür”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı