Ukraynaya hücum olunarsa... - Aİ-dən Rusiyaya xəbərdarlıq - ednews.net

17 Yanvar, Bazar ertəsi

Ukraynaya hücum olunarsa... - Aİ-dən Rusiyaya xəbərdarlıq

Dünya A- A A+

Avropa İttifaqına (Aİ) və Şərq Tərəfdaşlığına üzv ölkələrin liderləri Brüsseldə altıncı Şərq Tərəfdaşlığı sammiti üçün bir araya gəlib.

EDNews.net xəbər verir  ki, sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi ilə keçirilib.  

Sammitdə  bir sıra məsələlər  müzakirə olunub.  Bununla yanaşı, Mişel Rusiya-Ukrayna münasibətini müzakirə  edib. 

Belə ki, Rusiyanın  Ukraynaya hücum edəcəyi təqdirdə ona çox sərt cavab veriləcəyini deyən  Şarl Mişel “NATO, G7, ABŞ, Böyük Britaniya, Aİ və Şərq Tərəfdaşlığı ölkələri olaraq Rusiyanın təhdidlərinə qarşı birlikdəyik. Ukraynaya qarşı hərbi hücum olarsa, bu, çox sərt cavab olacaq və bu hücumun səbəbkarı çox ağır bədəl ödəyəcək", -deyə  xəbərdarlıq edib.  

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə Aİ Şurasının binasında keçirilən sammitdə şərq tərəfdaşları Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna iştirak edib. Belarus Şərq Tərəfdaşlığında iştirakını dayandırdığı üçün görüşlərdə iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...