Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq.
Ednews xəbər verir ki, bu barədə bazar günü, fevralın 13-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə idarəsindən informasiya verilib.
Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlərin inkişaf aspektləri hərtərəfli qiymətləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Gündəliyə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək sazişlərin imzalanması da var.
Prezident Ərdoğan fevralın 15-də Dubayda keçiriləcək “World Expo 2020”də Türkiyənin sərgi sahəsinə baxacaq.