Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya qoşunlarının bir hissəsinin Ukrayna ilə sərhəddən geri çəkilməsinə dair məlumata münasibət bildirib.
Ednews xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.
“Rusiya qoşunlarının bir hissəsinin Ukrayna ilə sərhəddən çəkilməsinə dair bəyanatlarlar danışsaq, Ukraynada bir qayda var ki, eşitdiyimizə yox, gördüyümüzə inanırıq. Əgər bu bəyanatların arxasında real geriçəkilmə olarsa, biz gerçək deeskalasiyaya inanarıq”, - D.Kuleba vurğulayıb.