5 il əvvəl Türkiyənin Hatay şəhərində evində iplə asılmış vəziyyətdə tapılan 37 yaşlı qadının gündəliyi tapılıb.
Ednews xəbər verir ki, yeni evli olan qadın gündəliyinə həyat yoldaşından şiddət gördüyünü və silahla təhdid edildiyini yazıb.
Bacısı isə gənc qadının əri tərəfindən öldürülüb intihar adı verildiyini iddia edib.
Xatırladaq ki, qadının qatili 27 apreldə məhkəmə qarşısına çıxacaq.
Aysel Bədəlova