Rusiyanın “Birinci kanal”ında gözlənilməz hadisə baş verib.
Ednews xəbər verir ki, Yekaterina Andreevanın təqdim etdiyi xəbərlər proqramında naməlum şəxs efirə daxil olub.
O, aparıcının arxasında pankart açaraq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz edib.
Qeyd edək ki, efirə daxil olan qız kanalın əməkdaşı Mariya Ovsyannikovadır. O, polis tərəfindən saxlanılıb.