Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.
Ednews xəbər verir ki, sammit Alyansın mənzil-qərargahında keçirilir.
Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.
Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər.
Xatırladaq ki, sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.