Xəbər verdiyimiz kimi bu gün İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşü planlaşdırılıb.
Ednews RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbuldakı Dolmabağça Sarayına gəlib
Bildirilib ki, ukraynalı nümayəndə heyəti və əsas proses başlamazdan əvvəl Moskva və Kiyev nümayəndələri ilə ayrı-ayrılıqda görüşü planlaşdırılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da artıq oradadır.
Xatırladaq ki, nümayəndə heyətlərinin ilk danışıqları fevralın 28-də Belarusun Qomel vilayətində baş tutub. Daha sonra Rusiya və Ukrayna nümayəndələri martın 3-də Belovejskaya Puşçada, martın 7-də isə Brest vilayətində bir araya gəliblər.
Martın ortalarında isə görüşlərin hər gün onlayn keçirilməsi qərara alınıb.
Ülviyyə Fərhad