Hindistanda inəyi kəsməkdə ittiham olunan iki şəxs qətlə yetirilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, ölkənin Madhya-Pradeş ştatında iki nəfərin inək kəsdiyi iddiası ictimaiyyəti ayağa qaldırıb.
Bundan xəbər tutan yerli əhali həmin şəxslərin evlərinə basqın ediblər. Nəticədə inəyi kəsən şəxslər çubuqla döyülərək öldürülüb.
Cütlüyün evində aparılan axtarışlar zamanı inəyi kəsmək üçün istifadə olunan alətlər tapılıb. Rəsmi qurumlar qətlin inəyin kəsilməsi səbəbindən törədildiyini və istintaqın davam etdiyini açıqlayıblar.
Ülkər İsmayılzadə