Bahalıq və qıtlıq İranın Azərbaycan əyalətində sadə insanları nümayişlər keçirməsinə vadar edib.
Ednews Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, İranda əsas təlabat mallarının bahalığı və qıtlığı yağın qiymətinin 3 dəfədən çox bahalaşmasına səbəb olub. Sosial şəbəkədə qeyd olunur ki, artıq sosial medialarda son qiymət artımlarından sonra insanların mağazalara hücum edərək malları ələ keçirməsinə dair onlarla video yayılıb.
Məlumatlara görə, zəruri ərzaq məhsullarının dəfələrlə bahalaşmasından sonra ölkənin bir sıra əyalət və şəhərlərində ciddi etiraz aksiyaları baş qaldırıb. Dinc nümayişçilərin islam rejimi və hökumət əlehinə şuarlar səsləndirdikləri iddia olunur.
Bununla bərabət, ötən gün İranın onlarla şəhərində müəllimlərin yeni kütləvi etiraz aksiyaları baş tutub. Şiraz şəhərində keçirilən müəllimlərin etiraz mitinqləri zamanı müxtəlif maraqlı çıxışlar və şüarlar səsləndirilib.