Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyan vəfat edib.
Ednews xəbər verir ki, bu barədə BƏƏ Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən dövlət başçısının ölümü ilə əlaqədar ölkədə matəm elan olunub. Belə ki, yerli dövlət və özəl qurumlarda "3 gün ərzində" işi dayandırmaqla yanaşı, cümə günündən başlayaraq, qırx günlük matəm elan edilib və bayraqlar yarıya endirilib.
Qeyd edək ki, bir müddət öncə xəstəlik səbəbindən Şeyx Xəlifə hökumət idarəçiliyindən uzaqlaşıb və hakimiyyətə ögey qardaşı Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd rəhbərlik edib.
Rəna Mürşüd