Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı saxlanılanların sayı 414 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan etirazçılara polis müdaxilə edib.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökumətin istefasını tələb edir.