Sentyabrın 20-də Qəzvin şəhər əhalisi Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın öldürülməsinə etiraz etmək üçün küçələrə axışıb.
Ednews "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, polis və xüsusi təyinatlı qüvvələr etirazçıları yatırtmaq məqsədi ilə onlara hücum ediblər. İnsan kütləsinə müqavimət göstərə bilməyən polislər qaçmağa başlayıblar.
Bu vaxt öz qüvvələrindən ayrı düşən polis komandiri insanlara atəş açılması üçün əmr verib. Lakin polisləri təqib edən qəzvinlilər polis komandirinə çataraq onu təpikləməyə başlayıblar.
Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.