İranın Saqqız şəhəri etirazçıların nəzarətinə keçib.
Ednews “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İranda artıq 26 gündür ki, 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. Nümayişlərdə 100-dən çox etirazçı hökumət qüvələri tərəfindən öldürülüb.