Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.
Ednews-un xəbərinə görə, bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı məlumat verib.
“Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər” – deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna deyil.