2022-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi ümumi əhalinin 39,6 faizini təşkil edə bilər.
Ednews xəbər verir ki, bu barədə informasiya Dünya Bankının (DB) proqnozunda yer alıb.
DB-nin məlumatına görə, bu il Ermənistanda yoxsulluq səviyyəsi ilə bağlı vəziyyət daha da pisləşəcək.
Bundan əvvəl BMT Ermənistanda 500 min insanın qida çatışmazlığından əziyyət çəkdiyini bildirib.
Bu barədə məlumat təşkilatın Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə öz əksini tapıb. Proqrama əsasən, təkcə son bir ayda bu ölkədə qida çatışmazlığından əziyyət çəkənlərin sayı 10 min nəfər artıb.