Hesablamalara əsasən, İranda 18 sentyabrdan etibarən keçirilən etiraz aksiyaları nəticəsində bir vilayət istisna olmaqla indiyədək 17 trilyon rial (təxminən 405 milyon dollar) dəyərində dövlət və özəl müəssisələrə, avtomobil, mənzillərə və sairə ziyan dəyib.
Ednews xəbər verir ki, bunu bazar günü İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.
Onun sözlərinə görə, bu arada mağazalar və satış iaşə obyektləri ya qarət olunub, ya da yandırılıb.