İranda 200-dən çox fəal, həmçinin etirazlarda həbs olunanların ailə üzvləri edamlara etiraz edib.
Ednews Azad İran teleqram kanalına istinadən xəbər verir ki, bəyanatda etirazçıların edamı pislənilib. Bütün fəallar və həmkarlar ittifaqları buna qarşı kampaniya yaratmağa dəvət edilib.
Qeyd edək ki, İran daxilində keçirilən mitinqlərdə həbs edilən onlarla insana ölüm hökmünün çıxarılması və iki etirazçının edam edilməsi geniş daxili və beynəlxalq etirazlara səbəb olub.