İranın paytaxtı Tehranda məktəb və universitetlərdə dərslər onlayn keçiriləcək.
Ednews xarici KİV-ə isrinadən xəbər verir ki, bu barədə Tehran Fövqəladə Hallar Komitəsi qərar verib.
Komitənin qərarına əsasən, Pərdis, Dəmavənd və Firuzkuh şəhərləri istisna olmaqla, Tehran əyalətinin məktəb və universitetləri havanın çirkli olması səbəbindən çərşənbə axşamı gününə qədər bağlanıb.
Çərşənbə axşamı gününə qədər paytaxt Tehranda mərkəz bölgələrə giriş üçün xüsusi trafik kartlarının satışı da qadağan edilib.
Həmçinin, iş vaxtının 2 saat azaldılması təklifi də bu iclasda təsdiqlənib və bununla bağlı yekun qərarı Daxili İşlər Nazirliyi verəcək.