Ukraynanın daxili işlər naziri Denis Monastırski bu gün Kiyev vilayətinin Brovarı qəsəbəsində baş verən helikopter qəzasında həlak olub.
Ednews "Unian"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlər arasında nazirin birinci müavini və dövlət katibi də olub.
Milli Polis İdarəsinin rəhbəri İqor Klimenko açıqlamasında bildirib ki, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan 2-si uşaqdır.