ABŞ və İsrail bazar ertəsi günü minlərlə hərbçi, 12 döyüş gəmisi və 142 qırıcı və hərbi təyyarənin, o cümlədən nüvə silahı daşıya bilən bombardmançıların iştirak etdiyi "ən böyük ortaq hərbi təlimlərə" başlayıblar.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Eyni zamanda, İsrailin baş naziri Binyamin Netanyahu Knessetinin Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşündə deyib:
“İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail və ABŞ üçün ümumi məqsədə çevrilməlidir”.
Onun sözlərinə görə, İran nüvə silahı əldə etməyə çalışaraq dünya və bölgə üçün təhlükə yaradır.