2022-ci ilin sentyabrında vəzifəsini tərk edən Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl prezident Vladimir Putinlə “qeyri-adi” söhbət edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Conson Ukrayna ərazisində hərbi əməliyyatların baş verəcəyi təqdirdə Kremlin sahibinə Qərb dövlətlərinin Moskvaya qarşı sərt sanksiyalar tətbiq edəcəyinə, Kiyevə dəstəyin güclənəcəyinə işarə edib.
Baş nazir əlavə edib ki, nəticədə Rusiyanın sərhədlərində “daha çox NATO” olacaq.
Söhbətdə tərəflər Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə də toxunublar. Putin Consondan bunun nə vaxt baş verə biləcəyini soruşub və “yaxın gələcəkdə” cavabını alıb.