ABŞ Qətər vasitəsilə Tehranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) vasitəçilər olmadan bərpası üçün danışıqlar aparmağa çağırıb.
Ednews "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Atom Enerjisi Komitəsinin rəhbəri Sara Fəllahi məlumat verib.
“Həm ABŞ-ın keçmiş prezidenti Donald Trampın, həm də Cozef Baydenin dövründə onlar İranla birbaşa danışıqlara can atırlar, yəni ikitərəfli əsasda həll yolunu istəyirlər”, - deyə o qeyd edib.
Fəllahi bildirib ki, danışıqlardan əvvəl ABŞ ilk növbədə İranın bütün şərtlərini yerinə yetirməlidir.