Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Səudiyyə Ərəbistanının Baş prokurorundan səfirliyimizə hücumla bağlı AÇIQLAMA

Dünya A- A A+

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.

Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...