Süni intellekt jurnalistikanı aradan ÇIXARACAQ? - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Süni intellekt jurnalistikanı aradan ÇIXARACAQ?

Dünya A- A A+

Amerikanın nəhəng nəşriyyatı "The Arena Group" bir çox məşhur jurnalların nəşrləri üçün məzmunun hazırlanmasında süni intellektdən istifadəyə başladığını elan edib.

Ednews lenta.ru-ya istinadən xəbər verir ki, şirkətlər "Jasper" və "Nota" proqram təminatının hazırlanması ilə məşğuldur. Yeni süni intellekt jurnalistlərlə birgə işləyəcək, amma nəşrin nümayəndələrinin fikrincə, onların işini əvəz etmək nəzərdə tutulmayıb.

"The Arena Group"-un baş direktoru Ross Levinsonun izah etdiyi kimi, onlar öz platformalarının imkanlarını genişləndirmək üçün süni intellekt texnologiyalarından istifadə etmək niyyətindədirlər. Süni intellekt alətləri informasiyanın emalına kömək edəcək ki, bu da yeni materialların hazırlanması proseslərini optimallaşdıracaq. Şirkətin planlaşdırdığı kimi bu addım müştəriləri cəlb etmək üçün yeni yollar açacaq.

İnformasiya emalının avtomatlaşdırılması insanların üzərinə düşən yükü azaltmağa və yeni nəşrlərin yaradılmasını sürətləndirməyə imkan verir. Bununla belə, son söz hələ də insan üzərində qalır - maşın hələ jurnalistin və redaktorun işini tam əvəz edə bilmir.  

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...