Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

Dünya A- A A+
“Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.
 
Ednews report.az-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
 
Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: 
 
"Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.
 
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...