Banqladeşdə Türkiyə və Suriyada zəlzələdə həlak olanlara görə matəm elan edilib - ednews.net

25 Mart, Şənbə

(+994 50) 229-39-11

Banqladeşdə Türkiyə və Suriyada zəlzələdə həlak olanlara görə matəm elan edilib

Dünya A- A A+

Banqladeş zəlzələdən zərər çəkmiş Türkiyə ərazilərində yardım əməliyyatlarına kömək etmək üçün xilasedicilər qrupunun göndəriləcəyini açıqlayıb.

Ednews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu qərarı mətbuat konfransında elan edən Banqladeşin Yanğın Xidməti və Mülki Müdafiə Baş direktoru Main Uddin bildirib.

Onun sözlərinə görə, Banqladeş Yanğınsöndürmə Xidməti və Mülki Müdafiədən 12 üzv də daxil olmaqla 60 nəfərlik qrup xilasetmə əməliyyatlarında iştirak etmək üçün bu gün axşam Dəkkədən Türkiyəyə yola düşəcək.


Bu gün həmçinin Banqaldeş hökuməti Türkiyə və Suriyada baş verən zəlzələlərdə çox sayda insan tələfatına görə ölkədə bir günlük matəm elan edildiyini açıqlayıb. Fevralın 9-nu matəm günü elan edən hökumətin bəyanatında bildirilib ki, bütün dövlət və hökumət binalarında, eyni zamnda Banqladeşin bütün diplomatik nümayəndəlik və səfirliklərində dövlət bayrağı yarıya qədər endiriləcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...