Azərbaycan səfiri itkin düşmüş tələbələrin valideynləri ilə görüşəcək - MALATYADA - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan səfiri itkin düşmüş tələbələrin valideynləri ilə görüşəcək - MALATYADA

Dünya A- A A+
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşmüş azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.
 
Ednews "report.az" a istinadən xəbər verir ki, bu barədə səfir R.Məmmədov özü bildirib.
 
O qeyd edib ki, fevralın 6-da Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşmüş azərbaycanlı tələbələrin axtarışları davam edir.
 
Onun sözlərinə görə, bununla əlaqədar Türkiyənin Malatya şəhərində səfər edəcək və itkin düşmüş 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək.
 
R.Məmmədov qeyd edib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zələzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.
 
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
 
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
 
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Hadisə nəticəsində azı 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...