Türkiyəli professordan yeni zəlzələ açıqlaması - Bu bölgələr təhlükədədir! - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyəli professordan yeni zəlzələ açıqlaması - Bu bölgələr təhlükədədir!

Dünya A- A A+
Türkiyə Elmlər Akademiyasının üzvü, Yer elmləri üzrə geoloq, professor Naci Görür zəlzələ riski olan şəhərlərin adlarını açıqlayıb. 
 
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki,  professor açıqlamasında bir çox bölgələrin yeraltı təkan riskinin olduğunu bildirib.
 
“Maraş yaxınlığındakı  zəlzələlərin gərginliyini nəzərə alaraq, Adana hövzəsi və İsgəndərun bölgəsinin diqqətlə nəzərdən keçirilməsini təklif edirəm. Bundan başqa, Mərmərə dənizinin cənubu, Çanaqqala, Bursa ilə bağlı ehtiyatlı olmaq lazımdır. 
 
Aralıq dənizi sahillərində, Antalya və Muğlada sahilyanı ərazilərdə yaşayanlar daha diqqətli olmalıdır. Ərzincan, Bingöl və Karlıova arasındakı Şimali Anadolu qırağında böyük bir zəlzələ zonası gözləyirik”. 
Bundan başqa o, Hakkari bölgəsinin sakinlərinə də xəbərdarlıq edib.
 
Aynurə İsmayılqızı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...