ABŞ İrana qarşı sanksiyaları növbəti dəfə genişləndirib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar İranın neft-kimya sahəsi ilə məşğul olan şirkətlər daxil olmaqla, 9 şirkətə qarşı tətbiq olunub.
Sanksiya tətbiq edilən şirkətlər sırasında İranın ən böyük polietilen istehsalçısı olan “Amir Kabir Petrochemical Company” də yer alıb.