Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri atom silahlarının tətbiqi nəticəsində "nüvə qışı" yaşayacaq ölkələrin siyahısının açıqlayıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, "Risk Analysis" jurnalında dərc olunan araşdırmada diqqət nüvə müharibəsindən sonra sağ qalma şanslarına yönəlib. Yeni Zelandiyadan olan elm adamları əmindirlər ki, yeni şəraitdə kənd təsərrüfatını digərlərindən daha tez düzəldə biləcək ölkələrin şansları daha yüksəkdir.
"Nüvə silahlarından geniş miqyasda istifadə olunarsa, toz buludları və yanğınlardan qaynaqlanan his səmaya qalxacaq. Onların uzun müddət günəş işığının planetin səthinə çıxışını əngəlləmək və ya əhəmiyyətli dərəcədə azaltmaq təhlükəsi var. Günəşsiz məhsul istehsalı mümkün deyil",-deyə araşdırmada vurğulanır.
Alimlərin hesabladıqları kimi, aparıcı nüvə gücləri arasında ciddi zərbələr mübadiləsi ilə nəticələr fəlakətli olacaq: bir neçə il ərzində cənub yarımkürəsində əkinlərin və yabanı bitkilərin təxminən 80%-i, şimal yarımkürəsində isə daha çoxu öləcək. .
Sağ qalma şansı yalnız günəşin cüzi də olsa buludların arasından keçə bildiyi yerlərdədir. Bunlar beş ada dövlətidir: Avstraliya, İslandiya, Yeni Zelandiya, Solomon adaları, Vanuatu. Onlar həm də təcrid olmalarından və artıq müstəqil şəkildə həyata uyğunlaşmalarından faydalanırlar.
Oğuz Ayvaz