Kanadanın baş naziri Castin Trüdo ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 döyüş təyyarəsinin Yukon bölgəsi üzərində səmada naməlum obyekti zərərsizləşdirdiyini açıqlayıb.
Ednews Newsnow-a istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo tvitter hesabında Kanadanın hava məkanını pozan naməlum obyektin vurulması ilə bağlı əmr edib.
O açıqlamasında bildirib ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Yukon üzərindəki obyektə zərbə endirib.
“Baydenlə danışdım. Kanada Qüvvələri indi obyektin dağıntılarını çıxaracaq və təhlil edəcək.”
Ayan Rzayeva