Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında danışıqlar başlayıb.
Ednews xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“Türkiyəyə dəstək olmaqda qərarlıyıq”, - deyə qeyd edən ABŞ dövlət katibi ölkəyə dəstək olduğunu ifadə edib.
Qeyd edək ki, E.Blinken Türkiyəyə fevralın 19-da səfərə gəlib və artıq M.Çavuşoğlu ilə birlikdə zəlzələnin baş verdiyi bölgələri ziyarət edib.